Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Qəhrəmanlıq salnaməsi” adlı dəyirmi masa təşkil olunub

05.04.2022

Aprelin 5-də Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət Evində adıçəkilən kəndin Salman Abbasov adına tam orta məktəbinin şagirdlərinin və mədəniyyət kollektivinin iştirakı ilə Aprel döyüşlərinə həsr olunmuş "Qəhramanlıq salnaməsi" adlı dəyirmi masa keçirilib.

Tədbir ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edilməklə başlayıb.

Sonra Şabanlı kənd Mədəniyyət Evinin müdiri C.Əzizov Aprel döyüşləri haqqında iştiraşçıları məlumatlandıraraq bildirib ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür. 2016-ci il Aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı. Uzun illər düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlı kəndi və Madaqiz kəndi istiqamətində yollar azad olundu. Ümumilikdə, işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Aprel döyüşləri tariximizə şanlı səhifə kimi yazıldı.