Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Zəfərə aparan yol” adlı tədbir keçirilib

04.04.2022

Aprelin 4-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş "Zəfərə aparan yol" adlı tədbir keçirilib.

Tədbirdə şəhid atası İmran Nəsirov, Vətən müharibəsi iştirakçısı Aqil Nəzərov, Toğrul Rizvanlı, Nurlan Abdullayev, Nurlan Ağamalıyev, qazi İsmət Məmmədov, yazıçı Meyxoş Abdullah, şair Gülbala Teymur, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Atakişiyev iştirak ediblər.

İlk öncə, Aprel döyüşləri zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə iştirak edən natiqlər vurğuluyublar ki, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimiz gənclər üçün canlı vətənpərvərlik nümunəsinə çevrilib. Onların hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaradıblar. Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətdən, bu döyüşlərin gənclərdə vətənpərvərliyin, milli ruhun güclənməsində böyük əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini nümayiş etdirməklə böyük "Zəfərə aparan yol"un başlanğıcı idi. Çıxışlarda üçrəngli bayrağımızın o vaxt Lələtəpədə, bu gün isə Şuşada, Ağdamda, Kəlbəcərdə - Qarabağda dalğalandığı iftixarla söylənilib.

Sonda Aprel döyüşlərinə həsr olunmuş rəsimlərə baxış keçirilib.