Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib

04.04.2022

Aprelin 4-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı şəhər 6 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinin ildönümü çərçivəsində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə  2016-cı ildə baş vermiş və Azərbaycan Ordusunun qələbəsi ilə bitən dördgünlük müharibədən, döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimizin təcavüzkar orduya endirdiyi ağır zərbələrdən danışıb, qısa müddət ərzində qazandığımız qələbənin əhəmiyyəti barədə məlumatlar verib.

Sonra tədbir iştirakçıları Muzeyin ekspozisiya zalında Vətənin qəhrəman şəhid övladlarına həsr olunan guşə ilə tanış olublar.