Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda faşizm üzərində qələbənin 73-cü ildönümü qeyd edildi

09.05.2018

Mayın 9-da Masallı şəhərindəki Qəhrəmanlar parkında faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar bayram tədbiri keçirildi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla icra aparatının nümayəndələri, məktəb, idarə və müəssisə əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə döyüş qəhrəmanlarının şərəfinə ucaldılmış abidə kompleksi önünə çiçək dəstələri qoyuldu. Məktəblilər veteranları bayram münasibəti ilə gül-çiçəklə təbrik etdilər. Masallı Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəyev çıxış edərək 1941-1945-ci il müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycan oğullarının şücaətini, mərdliyini xüsusi vurğulayıb  qələbə münasibəti ilə veteranları və tədbir iştirakşılarının təbrik etdilər.