Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Aprel döyüşləri”

04.04.2022

Aprelin 4-də Cəlilabad rayon Kövüzbulaq kənd Mədəniyyət Evi və kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Aprel dönüşlərinin altıncı ildönümü ilə əlaqədar "Şanlı Aprel döyüşləri" adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Kövüzbulaq kənd orta məktəbinin direktoru Cahangir Əliyev və müəllim kollektivi, Zəhmətabad kənd Tahir Bağırov adına orta məktəbinin direktoru Namiq Rzayev, müəllim və şagird kollektivi, Kövüzbulaq kəndindən olan qazilər iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilərək tədbir açıq elan olunub.

İlk öncə, çıxış üçün söz RMM-nin direktoru Ramil İbrahimova verilib. O, çıxışında Aprel döyüşləri haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan Aprel müharibəsi ilə regionda maraqları olan dövlətlər və ermənlərin havadarlarına sübut etdi ki, regionun təhlükəsizliyi daha çox Azərbaycandan asılıdır. Cənubi Qafqazda təhlükəsizliyi və əməkdaşlığı təhdid edən, buna mane olan regiondaxili amil Ermənistandır. Rəsmi Bakı aprel hadisələri ilə beynəlxalq güclərə, erməni lobbisinə, havadarlarına ərazilərini hərb yolu ilə azad etməyə qadir olduğu ismarışını da verdi. Dörd günlük müharibə 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi. Qələbə paradı ilə yekunlaşdı.

Sonra çıxış üçün söz kənd məktəbinin direktoru C. Əliyevə verilib. O, öz növbəsində aprel döyüşləri barədə fikirlərini iştirakçıların nəzərinə çatdırıb. Ardınca Aprel döyüşləri qazisi Səhman Səlimov keçdiyi döyüş yolundan bəhs edib.

Daha sonra Mədəniyyət Evinin bədii rəhbəri Tural Ağazadə çıxış edərək, Aprel döyüşlərindən, eləcə də döyüşdə şəhid olan Röyal Nəsirovun həyat yolu haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda məktəblilər tərəfindən səhnəciklər göstərilib.