Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Birgə mütaliə” adlı tədbir

04.04.2022

Aprelin 4-də Cəlilabad rayon Ləkin kənd kitabxana filialı və oxucuların iştirakı ilə "Birgə mütaliə" adlı tədbir təşkil olunub.

Kitabxanaçı Məmmədağa Məmmədov çıxışında oxuculara tövsiyyə edib: "Kitab qəhrəmanların xarakterini açaraq bu və ya digər situasiyada insanların özünü necə aparacağını anlamağa imkan verir, kitab oxumaq zehni açır, kobudluqdan uzaqlaşdırır, mütaliə ətraf mühiti, dünyanı, insanları gözəl görməyimizi təmin edir. Kitab oxuyan insanlar etibarlı bir ətraf, yaxşı dostlar qazanar. Mütaliə söz xəzinəmizi zənginləşdirir və danışıq qabiliyyətimizi qüvvətləndirir, nitqimizi 
inkişaf etdirir".