Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib

04.04.2022

Aprelin 3-ü və 4-də Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Əliqasımlı və Astanlı kənd Mədəniyyət Evlərində tədbirlər keçirilib. Tədbirlər mədəniyyət kollektivlərinin, kənd sakinlərinin və məktəblilərin iştirakı ilə baş tutub. 

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıblar. Bildiriblər ki, Ali Baş Komandanın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu bir daha sübut etdi. Natiqlər ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıblar.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.