Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib

04.04.2022

Aprelin 4-də Cəlilabad rayon Hacıcavad kənd kitabxana filialı və kənd məktəbinin şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək!" adlı tədbir təşkil olunub.

Kitabxanaçı Əsmər İmanova çıxışında bildirib: "Narkomaniya bəşəriyyətin ən dəhşətli bəlalarından biridir. Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemlər sırasında qalmaqdadır. Narkomanlığın tarixi çox qədimdir. Narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir. Gələcəyimizi birlikdə düşünək və narkomaniyaya “yox” deyək".