Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri - Azərbaycan döyüş uğurlarının təməli”

04.04.2022

Aprelin 4-də Cəlilabad rayon Çinar, Novruzallı və Mollalı kənd kitabxana filiallarının əməkdaşları və adıçəkilən kənd məktəbləri şagirdlərinin iştirakı ilə "Aprel döyüşləri - Azərbaycanın döyüş uğurlarının təməli" adlı tədbir keçirilib.

Tədbirdə kitabxana filiallarının əməkdaşları məlumatda qeyd ediblər: "Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb. Dörd günlük müharibə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır".