Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Aprel döyüşləri şəhidi Firdovsi Bağırzadənin ailəsini ziyarət ediblər

04.04.2022

Aprelin 4-də Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayonun Güllütəpə kəndində yaşayan Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin ailəsini ziyarət ediblər.

Görüşdə Mərkəzin əməkdaşları şəhidin anası Sehranə Bağırova ilə söhbət apararaq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığını və düşmənə layiqli cavabın verildiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir.

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğlu Firdovsi Bağırzadənin anası oğlunun döyüşlərdə göstərdiyi şücaətdən və onunla olan son görüşlərindən danışıb.

Sonda Mərkəzin əməkdaşları Firdovsi Bağırzadənin ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb və onun ruhuna dualar oxuyublar.