Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir”

03.04.2022

Aprelin 3-də Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evi və Kitabxana filialının birgə iştirakı ilə Aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir" adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən kənd məktəbinin şagirdləri iştirak ediblər.

İlk öncə, Aprel döyüşləri zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mədəniyyət Evinin mədəni təşkilatçısı Təranə Musayeva çıxışında bildirib: "2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixlə keçdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi".

Daha sonra Kitabxanaçı Şəfəq Məmmədova çıxışında qeyd edib: "2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir. Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" yüksəkliyində nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdilər".

Sonda məktəblilər fotostentə baxış keçiriblər.