Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Kəlbəcərin yaşadığı acı tarix” adlı tədbir keçirilib

02.04.2022

Aprelin 2-də Cəlilabad rayon Komanlı kənd kitabxana filialında Kəlbəcər rayonunun 27 illik işğal tarixi ilə əlaqədar "Kəlbəcərin yaşadığı acı tarix" adlı tədbir keçirilib.

Kitabxanaçı Şəbnəm Bəxşəliyeva çıxışında qeyd edib: "Erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı, meşələri də yandırmışdır. Nəhayət 25 noyabr tarixində 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu işğaldan azad edilmişdir".