Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri - tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib

01.04.2022

Aprelin 1-də Yardımlı rayon Mərkəzi Kitabxanasında "Aprel döyüşləri - tariximizin şanlı səhfəsi" başlıqlı kitab sərgisi təşkil edilib. 

Əvvəlcə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xidmət şöbəsinin müdiri Vasif Abdulov açaraq, Aprel döyüşləri haqqında geniş məlumat verib. O, öz çıxışında bildirib ki, Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu numayiş etdirdi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zamana qədər keçilməz saydığı "Ohanyan xətti" ilə bağlı mifi darmadağın etdi: "Heç şübhəsiz ki, bu döyüşlərdə qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdəlik məharətinin göstəricisi idi. Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı oldu". 

Tədbirin sonunda Kitabxanada təşkil olunmuş sərgiyə baxış keçirilib.