Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri - hərb tariximizin şanlı səhifəsidir” - Sabirabad kənd klubunda tədbir

02.04.2022

Aprelin 2-də Cəlilabad rayon Sabirabad kənd klubunda Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar "Aprel döyüşləri - hərb tariximizin şanlı səhifəsidir" adlı tədbir təşkil olunub. Tədbirdə Sabirabad kənd klubunun və kitabxana filialının əməkdaşları, Nizami Məmmədov adına 1 saylı tam orta məktəbinin şagirdləri iştirak edib.

Öncə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlmiş həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.

Sonra Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova çıxış edərək bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olacağını göstərdi.

Daha sonra Sabirabad kənd kitabxana filialının müdiri Heyran Abbasova öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun, gücünü göstərən qələbədir".

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilərək tədbirə yekun vurulub.