Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi”

02.04.2022

Aprelin 2-də Masallı rayon Mərkəzi Kitabxanasında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Aprel döyüşləri: böyük Zəfərin müqəddiməsi” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin dövlətimizə qarşı növbəti silahlı təxribat törətməsi haqqında danışaraq, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr vurduğunu bildirib. O, diqqətə çatdırıb ki, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir sıra ərazisinin işğalçılardan azad edilməsi və həmin ərazilərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi nəticəsində qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşadıb. 

Sonra çıxış edən Kitabxananın digər əməkdaşı Nahidə Fərəcova həmin günlərin Azərbaycan xalqının tarixində şanlı “Aprel döyüşləri” günü kimi yadda qaldığını vurğulayıb. Qeyd olunub ki, Aprel döyüşləri xalqın Prezidentə olan etimadın ifadəsi, eləcə də milli ordumuzun zəfər yürüşüdür. O, Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən bəhs edərək, bu döyüşlərin Silahlı Qüvvələrimizin gücünü, qüdrətini və qələbə əzmini bir daha nümayiş etdirdiyini bildirib. Nəzərə çatdırılıb ki, bu döyüşlər həm də xalq ilə ordu arasındakı birliyin də əyani təcəssümü oldu. Bütün dünya Azərbaycan xalqında ruh yüksəkliyinin, vətənpərvərlik hissinin nə qədər yüksək olduğunu bir daha gördü.