Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində azyaşlılar üçün ekskursiya təşkil edilib

02.04.2022

Masallı Tarix-Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə “Milli dəyərlərimizi qoruyaq və hörmət edək” adlı ekskursiya təşkil edilib. Ekskursiyada Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Muzeyin direktoru Əntiqə Tağıyeva şagirdlərə regionun tarixi, adət-ənənələri, mədəni dəyərləri, tanınmış ziyalıları, müharibə iştirakçıları, Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar verib. Eyni zamanda, ekskursiyada məktəblilərə milli adət-ənənələrə hörmətlə yanaşmağı, vətənpərvər, milli şüura bağlı yetişmələri barədə faydalı tövsiyələr verilib.