Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Dövlət Rəsm Qalereyasında “Şuşa İli” çərçivəsində tədbir keçirilib

30.03.2022

30 mart tarixində Masallı Dövlət Rəsm Qalereyasında “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib. Tədbir İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçib.

Qalereyanın əməkdaşları şagirdlərə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri və onun tanınmış incəsənət xadimləri haqqında geniş məlumatlar veriblər.

Sonra şagirdlər Qalereyada “Şuşa İli” adlı məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.