Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilər üçün ekskursiyaların təşkili davam edir

01.04.2022

Aprelin 1-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində məktəblilərin asudə vaxtının səmərəli təşkili məqsədilə növbəti ekskursiya təşkil edildi. “Tariximizi əks etdirən qədim əşyalar” başlığı altında keçirilən ekskursiyada Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Muzeyin əməkdaşları tərəfindən şagirdlərə bölgənin tarixi, adət-ənənələri, tanınmış ziyalıları, müharibə iştirakçıları haqqında, eyni zamanda regionun tarixini özündə əks etdirən müxtəlif eksponatlar və onların istehsal üsulları barədə geniş məlumatlar verilib.