Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel döyüşləri - böyük zəfərin başlağıcı” adlı tədbir keçirilib

01.04.2022

Aprelin 1-də Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar Privolnoye kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə Privolnoye kənd uşaq bağçasında "Aprel döyüşləri - böyük zəfərin başlağıcı" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirə ilk çıxışla başlayan Mədəniyyət Evinin bədii rəhbəri Elman Səfərov öncə tədbir iştirakçılarını salamlayıb, sonra Aprel döyüşləri haqqında məlumat verərək bildirib: "Ermənistan silahlı qüvvələri 1994-cü ildə atəşkəs haqqında imzalanmış sazişə baxmayaraq 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə Qarabağda hərbi münaqişə törədərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı şiddətli hücuma keçmişdir. Lakin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq üçün mövqelərimizə yenidən hücum etmiş, amma məqsədlərinə nail ola bilməmişdir".

Sonra çıxış edən uşaq bağçasının müdiri Vüsalə Məmmədova qeyd edib: "Düzdür, üstünlük Azərbaycan tərəfdə olsa da ermənilər bu məğlubiyyətlə barışmırdılar. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini 
geri qaytarmaq məqsədilə Ağdərə, Tərtər, Xocəvənd və Füzuli istiqamətlərində  
mövqelərimizə yenidən hücum etdi. Ordumuzun əks hücumu nəticəsində erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı".

Daha sonra uşaq bağçasının musiqi rəhbəri Elşən Əmirov çıxışına Ali Baş Komandan İlham Əliyev cənablarının bu sözləri ilə başlayıb: "Azərbaycan torpaqlarında 2-ci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəck. Qarabağ ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".

Tədbirin sonunda körpələrə mədəniyyət işçilərinin hazırladıqları "Şanlı Aprel" adlı slayd nümayiş olunub.