Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzində ”Zəfərimiz” adlı tədbir

01.04.2022

Aprelin 1-də Yardımlı rayon Heydər Əliyev  Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin və Yardımlı rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunan "Zəfərimiz" adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin kollektivi, adıçəkilən qurumların əməkdaşları, Vətən müharibəsi iştirakçıları və Yardımlı şəhər 2 saylı tam orta məktəbinin şagirdləri iştirak edib.

Tədbirdə çıxış edənlər - Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, rayon Gİİ-nin rəhbəri Şəhriyar Şəbiyev və əməkdaşı Elbəy Fətəliyev, Zəfərimizin ilk carçısı olan 2016-cı il Aprel döyüşləri haqqında geniş məlumat veriblər. Natiqlər erməni mifologiyasını məhv edərək 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin möhtəşəmliyini dilə gətirərək dövlət-ordu-xalq birliyimizin rəmzi olan bu müharibənin nəticələri barədə fikirlərini bölüşüblər.

Vətən müharibəsinin canlı şahidləri - Rəşid Kərimov və Şamxal Manaflı keçdikləri döyüş yolu haqqında xatirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib və xatirə şəkilləri çəkilib.