Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon mədəniyyət işçiləri üçün seminar müşavirə

03.05.2018

03 may 2018 – ci il tarixdə Yardımlı rayon Mədəniyyət işçiləri üçün təşkil olunmuş iki günlük seminar müşavirə keçirildi. Seminar müşavirədən əvvəl rayonun “Sahil” stadionunda Ümummilli Lider H.Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar tədbirə baxış olmuşdur. Tədbirdə müxtəlif növ sərgilər təşkil olundu.  “Heydər Əliyev – 95”, “ Yardımlıda kitab bayramı ”, “Nağıl guşəsi”, “Ana və uşaq” və s. başlıqları ilə sərgilər keçirildi. Masallı regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi tədbiri açıq elan etdi və tədbirin mahiyyətindən danışdı. Yardımlı rayon MKS – in direktoru R.Səfərov, rayon Mədəniyyət Mərkəzinin direktoru N.Abiyev və metodistlərin çıxışları dinlənildi.

Təşkil olunmuş sərgilərə baxış keçirildi. Rayon ziyalıları, məktəb şagirdləri və müəllimlər,rayonun uşaq baxçasının işçiləri və körpələr,  mədəniyyət işçiləri ilə yanaşı çoxlu tamaşaçı qismi sərgilərlə tanış oldular.

Musiqi nömrələri səsləndirildi, gənc yazarlar öz ifalarında yazdıqları şerləri səsləndirdilər, idmançıların nümunəvi çıxışları oldu.