Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”İncə qəlbli şair” adlı tədbir keçirilib

01.04.2022

Aprelin 1-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "İncə qəlbli şair" adlı tədbir keçirilib.

Mərkəzin metodisti Müşahidə Nərimanova bildirib ki, Xurşidbanu Natəvan ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. İllər keçsə də, Azərbaycan xalqı onu unutmamış, adını küçə, kitabxana və məktəblərə vermişlər. Bakıda heykəli, Şuşada büstü ucaldılmışdı. Xan qızının əlyazmaları, şəxsi geyimləri, əşyaları arxiv və muzeylərdə saxlanılır. Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış Xurşidbanu Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalamışdır.