Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində azyaşlı məktəblilər üçün ekskursiya aparılıb

01.04.2022

Aprelin 1-də Masallı şəhər 3 saylı tam orta məktəbinin 1-ci sinif şagirdləri Masallı rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. 

Mərkəzin bələdçisi Şəfa Xəlilova şagirdlərə Ulu öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Şagirdlər həmçinin, Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar “Zəfərin təməli” layihəsi çərçivəsində “Lələtəpə əməliyyatı - Aprel döyüşləri” animasiya filminə baxıblar. Filmdə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın görüntüləri canlandırılıb.