Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kitab bilik mənbəyidir”.

01.04.2022

Aprelin 1-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib. 
 
Tədbirdə ilk çıxış edən Kitabxananın əməkdaşı Rasif Dadaşov mütaliənin həyatımızdakı rolundan danışaraq, Beynəlxalq Uşaq Kitabı Gününun yaranması haqqında ətraflı məlumat verib. Bildirib ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. 
 
Sonra Kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova vurğulayıb ki, bu günün keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq və kitaba sevgi aşılamaqdır. O, kitabın uşaqlar üçün asudə vaxtlarının səmərəli keçirilməsi, daha cox söz ehtiyatına sahib olması baxımından faydalı olduğunu qeyd edib. O, əlavə edib: "Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasına imkan yaradır. Mərkəzi Kitabxana və Uşaq şöbəsi bütün yaş qrupuna aid uşaqların maraq dairəsinə uyğun kitablarla zəngindir".