Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nurlu ömrün şərəfli salnaməsi

27.04.2018

27 aprel 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva görkəmli oftalmoloq alim Zərifə Əliyevanın şərəfli həyat yolu və fəaliyyəti, dünya tibb elminin inkişafı sahəsində böyük xidmətlərindən danışdı. Onun təkcə həkim kimi deyil, eyni zamanda insanlara qarşı sonsuz məhəbbəti, xeyirxah münasibətilə fərqləndiyini bildirdi. Sonra çıxış edən Oxu zalının müdiri Şəmsurə Nəsirova Zərifə Əliyevanın xidmətlərinin dövlət və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini,əziz xatirəsinin hər zaman uca turtulduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.