Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda ”Tarixin qan yaddaşı” adlı tədbir keçirilib

30.03.2022

Martın 30-da Cəlilabad rayon Mərkəzi Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Tarixin qan yaddaşı" adlı anım tədbiri keçirilib. Tədbirdə tələbələr iştirak edib.

Tədbir qətliam qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb.

Sonra Mərkəzin metodisti Əyyar Bağırov tədbiri açaraq bildirib: "Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız görünməmiş məhrumiyyətlərə məruz qalıb. Mərhələlərlə gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınıb. Xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskənləri dağıdılaraq yerlə-yeksan edilib".

Daha sonra Mərkəzin digər əməkdaşı Zaur Hüseynov çıxışında qeyd edib: "Ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlardan 104 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi izlər buraxmışdır" - deyə, tədbiri yekunlaşdırıb.