Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür”

31.03.2022

31 mart tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə əlaqədar növbəti tədbir keçirilib.

Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənc könüllüləri iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, son bir əsrdə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, “Böyük Ermənistan” yaratmaq xülyası ilə həyata keçirdikləri soyqırımlardan, eləcə də bu faciələrin davamı olaraq, 1988-ci ildən davam etmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri qanlı hadisələrdən danışıb. Çıxışını sual-cavab formatında davam etdirən G. Vəkilzadə qeyd edib ki, ermənilərin xalqımıza qarşı cinayətlərinin qisası Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən cəmi 44 günə alınıb.