Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tariximizin qan yaddaşı - 1918!” - Yardımlıda növbəti anım tədbiri

31.03.2022

Martın 31-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Mərkəzin Tədbirlər Planına uyğun olaraq, "Tariximizin qan yaddaşı - 1918!" adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin kollektivi, GİKM-in əməkdaşları və S. Abıyev adına Köryədi kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

İlk öncə, soyqırımı qurbanlarının və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edənlər - Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə və GİKM-in əməkdaşı Səfail İbişli xalqımızın qan yaddaşı olan qətliam barədə ətraflı danışıblar. Çıxışçılar faciə ilə bağlı statistik məlumatları, o cümlədən bu hadisəyə ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 

Mart soyqırımı barədə sənədli film nümayiş olunduqdan sonra "Unudulmayan soyqırım - 1918!" adlı sərgiyə və Mərkəzin ekspozisiya zalında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.