Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı”

30.03.2022

Martın 30-da Masallı rayon Mərkəzi Kitabxanasında “31 Mart –Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbinin şagirdləri iştirak edirdilər. 

Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycan xalqına, türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti  200 ilə yaxın bir dövrü əhatə edir. 31 Mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.  

Sonra tədbirdə məruzə ilə çıxış edən Kitabxana əməkdaşı Gülər Piriyeva erməni millətçilərinin xalqımıza qarşı soyqırımı siyasəti tarixinin XVlll əsrin əvvəllərindən başladığını diqqətə çatdırıb. Qeyd olunub ki, həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitəçi kimi istifadə edərək, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirib. Ermənilər Bakı şəhərində, ölkəmizin digər bölgələrində olduğu kimi Şamaxı ərazisində də soyqırımı cinayətləri törətmişlər. O, qeyd edib: "18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq dinc sakinləri, eləcə də qadın, uşaq və qocaları xüsusi amansızlıqla, işgəncə ilə öldürüblər. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Şamaxının mərkəzi ilə yanaşı, 86 kəndində də minlərlə dinc sakin vəhşiliklə qətlə yetirilmişdir. 

Tədbirdə şəhər 3 saylı tam orta məktəbinin Vll sinif şagirdlərindən Bibixanım İmanova, Elnarə Tahirova və Fuad Məmmədlinin çıxışları dinlənilmişdir.