Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mədəniyyət Mərkəzində növbəti müşavirə keçirilib

30.03.2022

Martın 30-da N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində növbəti xidməti müşavirə keçirilib. Müşavirədə mədəniyyət evləri və klubların əməkdaşları iştirak edib.

Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailovun sədrliyi ilə keçən müşavirədə bir sıra cari məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib. Müşavirədə həmçinin, əməkdaşlara müəssisələrin fəaliyyətinin müxtəlif aspektlərinə dair yuxarı rəhbərliyin tövsiyələri çatdırılıb, gündəlik məsələlərlə bağlı yeni tapşırıqlar verilib.