Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Xurşidbanu Natəvanın 190 illik yubileyi qeyd edilib

30.03.2022

Martın 30-da Cəlilabad rayon Komanlı kənd kitabxana filialında "Xurşidbanu Natəvan - 190" adlı sərgi təşkil edilib. Sərgidə adıçəkilən kənd məktəbinin şagirdləri iştirak ediblər.

Kitabxanaçı Şəbnəm Bəxşəliyeva çıxışında qeyd edib: "Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu şairə ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu varisi оlduğu üçün onu sarayda “Dürrü yekta” (Təк inci) çağırardılar. Xalq arasında isə "Xan qızı" adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.
Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır".

Sonra məktəblilər sərgiyə baxış keçiriblər.