Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”31 Mart qətliamı” adlı tədbir keçirilib

29.03.2022

Martın 29-da Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində 31 Mart soyqırımı ilə əlaqədar "31 Mart qətliamı" adlı tədbir keçirilib. Tədbirdə Muzeyin əməkdaşları, Cəlilabad şəhər 8 saylı tam orta məktəbinin şagirdləri və direktor müavini Razi Məmmədov iştirak edib.

Tədbir soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Əvvəlcə, Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova iştirakçılara 31 Mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirib: "1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törədib. Rəsmi məlumatlara əsasən, soyqırımı nəticəsində 12 minə yaxın dinc azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli faciəyə görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilsə də, sonradan unudulub. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir".

Sonra Razi Məmmədov öz çıxışında Azərbaycan xalqının tarixində silinməz izlər buraxmış, ümumxalq əhəmiyyətli günlərin xüsusi tədbirlərlə qeyd edilməsini ictimai şüur və tarixi yaddaş üçün vacibliyini vurğulayıb.