Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qan yaddaşımızdan silinməyən gün” adlı tədbir keçirilib

29.03.2022

Martın 29-da Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş "Qan yaddaşımızdan silinməyən gün" adlı dəyirmi masa təşkil edilib. Dəyirmi masa mədəniyyət kollektivi və adıçəkilən kəndin ərazi nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə Mədəniyyət Evinin bədii rəhbəri Elman Səfərov ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu bildirərək, Mart hadisələri haqqında ətraflı mlumatlar verib. O, qeyd edib ki, 31 Mart soyqırımı nəticəsində minlərlə insan qətlə yetirilib. Mətbəələr hədəf alınıb, "Açıq söz" və "Kaspi" redaksiyaları, çap avadanlıqları yandırılıb. 

Sonra Privolnoye kənd ərazi nümayəndəsinin müavini Nadir Rzayev çıxış edərək bildirib: "Ermənilərin azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı. 26 fevral 1992-ci ildə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Ərazimizin 20 faizi erməni silahı qüvvələri tərəfindən işğal olundu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi". 

Daha sonra çıxış edən Mədəniyyət Evinin metodisti Müzəffər Orucov 31 Mart soyqırımının öz amansızlığına və miqyasına görə Azərbaycan tarixində ən qanlı faciələrdən biri olduğunu vurğulayıb.