Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Milli birlik rəmzimiz - Novruz bayramı” adlı tədbir keçirilib

18.03.2022

Martın 18-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı ilə əlaqədar "Milli birlik rəmzimiz - Novruz bayramı" adlı tədbir təşkil olunub.

Mərkəzin kollektivinin iştirakı ilə baş tutan tədbirdə, milli adət-ənənələrimizi ehtiva edən, yazın gəlişindən xəbər verən bu qədim el bayramı haqqında fikirlər bildirilib, təbriklər səsləndirilib.

Həmçinin, Mərkəzdə "Novruz bayramı - 2022" adlı sərgi təşkil olunub. Sərgidə Novruz bayramı haqqında olan kitablar, müxtəlif fotoşəkillər və bayram xonçası yer alıb. 

Sonda xatirə fotoları çəkilib.