Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Şuşa İli” ilə əlaqədar tədbir keçirilib

17.03.2022

Martın 17-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində "Şuşa İli" ilə əlaqədar tədbir keçirilib. Təbir Cəlilabad rayon Hasıllı kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci il ölkəmizdə "Şuşa İli" elan olunması, həmçinin Şuşa şəhəri barədə tədbir iştirakçılarına məlumatlar verib.

Sonra şagirdlər ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin fotoları və şəxsi əşyaları olan guşə ilə, işğaldan azad olunmuş torpaqlar haqqında geniş məlumatların əks olunduğu "İşğaldan azad edilmiş torpaqlar" adlı kitabla tanış olublar.

Sonda tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.