Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Novruz bayramı ilə əlaqədar növbəti şənlik təşkil edilib

19.03.2022

Martın 19-da Cəlilabad rayon Uzuntəpə kənd Mədəniyyət Evində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbir Uzuntəpə kənd ərazi nümayəndəsi Loğman Hüseynov və adıçəkilən Mədəniyyət Evinin metodisti Nicat Quliyevin təşkilatçılığı, şəhid ailələri, qazilər və kəndin 1, 2, 3 və 4 saylı tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən L. Hüseynov qonaqları, müəllim və şagird heyətini Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza sülh və firavanlıq arzulayıb. Daha sonra digər çıxışlar dinlənilib, sonra tədbirin bədii hissəsi başlayıb.

Tədbirdə şagirdlər şeir kompozisiyaları ilə çıxış ediblər. Şənliyə dəvət olunan Cəlilabad rayon Mədəniyyət Mərkəzinin musiqiçiləri tərəfindən şən mahnılar ifa olunub, maraqlı rəqslər nümayiş etdirilib.