Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailələri və qazilər ziyarət olunur

20.03.2022

Mart ayının 10-dan 20-dək olan tarixlərdə Cəlilabad rayon Günəşli, Astanlı, Əliqasımlı, Qarazəncir kənd Mədəniyyət Evləri, Moranlı və Təzəkənd kənd klublarının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş Bayram İlqar oğlu Babaşov, Tofiq Rafiq oğlu Ağaquliyev, Vüsal Əlifağa oğlu Muradov, Xalid Rafiq oğlu Qasımov, Elnur Kərim oğlu Sadıqovun ailələri və qazi Elşad Alim oğlu Əzizov bayram sovqatı ilə evində ziyarət olunub.

Kənd mədəniyyət müəssisələrinin kollektivləri şəhid ailələrinə mənəvi dəstək ifadə edib, şəhidlərə Allahdan rəhmət, qaziyə şəfa diləyiblər.

Şəhid ailələri gələn qonaqlara öz minnətdarlıqlarını bildirərək, övladlarının qısa, amma şərəfli həyat yolundan qürürla bəhs ediblər.