Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

18.03.2022

Martın 13-dən 18-dək Cəlilabad rayonunun kənd kitabxana filiallarının əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət edib, ailə üzvlərinə bayram sovqatları təqdim ediblər.

Novruzalı kənd kitabxana filialının əməkdaşları şəhid Rəvan İntiqam oğlu Məmmədovun ailəsini ziyarət edib, şəhidin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Dələli kənd kitabxana filialının əməkdaşları şəhid Rahid Namiq oğlu Cəfərovun ailəsini ziyarət edib, valideynlərə bayram sovqatı təqdim ediblər. Valideynlər söhbət zamanı qeyd ediblər: "Biz Qələbə qazandıq, Rahid kimi yüzlərlə şəhidimizin, qazimizin qanı yerdə qalmadı, onların qisası alındı".

Mollalı kənd kitabxana filialının əməkdaşları qazi Rövşən Yusif oğlu Əliyevi ziyarət ediblər. Görüşdə qazinin keçdiyi döyüş yolundan söhbət açılıb. 

Komanlı kənd kitabxana filialının əməkdaşları şəhid Alxas Mirxas oğlu Yunusovun, şəhid Fuad Cahangir oğlu Qubadlı və aztəminatlı ailələri ziyarət ediblər. Mədəniyyət işçiləri ailələri təbrik edib, onlara bayram sovqatları aparıblar.

Qarazəncir kənd kitabxana filialının əməkdaşı şəhid Səyyad Əliyar oğlu Ağahüseynli, şəhid Mirzağa Oruc oğlu Eyvazov, qazi İbrahim Fəxrəddin oğlu Soltanov və aztəminatlı ailəyə bayram sovqatları paylayıb.

Ləzran kənd kitabxana filialının əməkdaşı şəhid Asif Məmmədağa oğlu Novruzovun ailəsini ziyarət edib, ailə fərdlərini Novruz bayramı münasibətilə təbrik edib.