Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin dönüş nöqtəsi - ADR 100

18.04.2018

Cəlilabad MKS-nin nin Uşaq şöbəsində 18.04.2018 -ci il tarixdə Cənab prezidentimiz İlham Əliyevin  Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar verdiyi sərəncamına əsasən, Uşaq şöbəsində tərtib edilmiş tədbirlər planına əsasən "Tarixin dönüş nöqtəsi - ADR 100" başlıqlı, asfalt üzərində rəsm müsabiqəsi təşkil edilmişdir.

            Tədbir MKS-nin həyətində təşkil edilmişdir. Müsabiqənin keçiriləcəyi ərazidə ADR tarixini əks etdirən “Bir kərə yüksələn bayraq bir daha enməz !” adlı  güşə,”Cumhuriyyət -100 “ başlıqlı sərgi nümayiş olunmuşdur. Müsabiqədə şəhər məktəblərindən 21 rəsm bacarığı olan uşaq iştirak etmişdir.

Ən layiqli rəsm əsərlərini  qiymətləndirmək üçün MKS nin direktoru E.Hüseynov, Uşaq şöbəsinin əməkdaşı C.Muradov,direktor müavini Q.İsrafilova,Şəhər İncəsənət məktəbinin rəsm müəllimi M.Əmiraslanov münsiflər heyətinin üzvləri kimi seçilmişdir.Müsabiqədə 1 -ci yerə Səkinə İsrafilova,2- ci yerə Zəkiyyə Atakişiyeva,3- cü yerə Rəvan Məmmədli layiq görülmüşdur. Digər İştirakçılardan Zəhra Məmmədzadə,Aytən Quliyeva,Bahar Ağazadə,Aslanlı Əli, Gülüş Məmmədova,Cavidan Nuriyeva,Şəmsi Aslanlı həvəsləndirici hədiyyələrlə təltif olunmuşdular.