Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Novruz gəlir, yaz gəlir” adlı şənlik keçirilib

18.03.2022

Martın 18-də Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evi və kitabxana filialı ilə birgə kənd körpələr evində Novruz bayramı münasibətilə "Novruz gəlir, yaz gəlir" adlı şənlik keçirilib.

İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Uşaq bağçasının müdiri Vüsalə Məmmədova çıxışında qeydi edib: "Biz fəxr edə bilərik ki, Novruz xalqımızın ən böyük bayramıdır. Beləliklə, xalqımız əsrlər boyu bu gözəl bayramın adətlərini qoruyub saxlaya bilib və arzumuz budur ki, gələcək nəsillər də çoxəsrli tarixə malik olan bu əziz bayramı qoruyub saxlasın".

Sonra Mədəniyyət Evinin əməkdaşı Elman Səfərov bildirib: "Novruz bayramı uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Novruz "Yeni gün" deməkdir, baharın ilk günüdür. Azərbaycanlıların həyatında əsl yeni ilə həmin gündən başlanır". 

Daha sonra kitabxanaçı Şəfəq Məmmədova çıxışında söyləyib: "Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir".

Sonda Novruz şənliyinin əsas personajları olan kosa və keçəlin maraqlı oyunları ilə bayrama xüsusi rəng qatılıb. Bundan başqa, balacalar bir-birindən gözəl rəqslər nümayiş etdiriblər. Azyaşlıların yallı rəqsi ilə şənliyə yekun vurulub.