Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

19.03.2022

Martın 19-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları Novruz bayramı münasibətilə şəhid və qazi ailələrini ziyarət ediblər.

Sözügedən müəssisələrin əməkdaşları rayonun Sığdaş kəndində şəhid Amid Salayevin, Kolatan kəndində şəhid Əli Quliyevin ailələrinin qonağı olublar. Mədəniyyət işçiləri sonra Kolatan kəndində qazi Əmrah Qurbanova da baş çəkiblər. Ziyarətçilər şəhid ailələrinə və qaziyə mənəvi dəstəklərini ifadə edərək, ailə üzvlərinə bayram sovqatları təqdim ediblər.