20.03.2022
Təbrikdə deyilir:
Hörmətli mədəniyyət işçiləri!
Tarixi minilliklərə dayanan Novruz xalqımızın mənəvi-mədəni dəyərlərini, zəngin məişət və həyat tərzini bariz ifadə edən milli bayramdır. Novruz bahar fəslinin gəlişini müjdələyən, təbiətin oyanışı və hərarətin rəmzidir. Dərin mənəvi köklərə malik olan Novruz insanları daim ruhi saflığa çağırıb, ülvi keyfiyyətlər aşılayıb.
Zamanın çətin sınaqlarından keçən, yoğrularaq yeni məzmun çalarlarına bürünən, qadağalara sinə gərən Novruz bu gün də xalqımızın mənəvi kimliyinin və çoxəsrlik mədəniyyətinin mühüm tərkib hissəsidir.
Əziz həmkarlar!
Xalqımızın böyük sevinc və coşğu ilə qeyd etdiyi Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edir, ailənizə firavanlıq və xoş əhvali-ruhiyyə arzu edirəm.