Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Elimizə bahar gəlir” adlı bayram şənliyi keçirilib

17.03.2022

Martın 17-də Yardımlı rayonunun mədəniyyət işçilərinin iştirakı ilə "Elimizə bahar gəlir" adlı bayram şənliyi təşkil olunub.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev Novruz bayramı münasibətilə xalqımızı və tədbir iştirakçılarını təbrik edib, sonra bayram tonqalı alovlandırılıb. Daha sonra tədbir iştirakçıları Yardımlı rayon Mədəniyyət Mərkəzində Novruz bayramı ilə əlaqədar açılmış sərgi ilə tanış olublar. 

Qeyd edək ki, sərgidə qədim el sənətkarlığı sahələrinə aid nümunələr və əl işləri nümayiş olunur.

Mədəniyyət Mərkəzində davam etdirilən bayram tədbirində bir-birindən maraqlı musiqi nömrələri ifa olunub, Novruz personajları kosa və keçəlin iştirakı ilə maraqlı məzhəkələr göstərilib, məzəli lətifələr deyilib, məktəblilər tərəfindən rəqslər ifa olunub.