Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadın kənd mədəniyyət müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib

18.03.2022

Martın 18-də Cəlilabad rayon Şabanlı, Kövüzbulaq, Astanlı, Alar kənd Mədəniyyət Evləri və Moranlı kənd klubunda Novruz bayramı ilə əlaqədar məktəblilərin iştirakı ilə bayram şənliyi təşkil edilib.

Çıxışlarda min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə tədbir iştirakçıları təbrik edilib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulanıb. Çıxışçılar həmçinin bildiriblər: "Novruz xalqımızın əsrlər boyu qeyd etdiyi bayramdır. Xalqımızın Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarları Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar, eyni zamanda "Novruzun çələngi", "Ocaq" kimi filmlər çəkilib".

Sonra Novruzun rəmzi olan kosa və keçəlin iştirakı ilə yumoristik səhnələr təqdim olunub. 

Tədbirlər rəngarəng musiqi nömrələri və əyləncəli rəqslərlə davam etdirilib.