Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xonçalı Novruz gəlir”

19.03.2022

Martın 19-da Masallı rayon Mərkəzi Kitabxanasında “Xonçalı Novruz gəlir” adlı tədbir keçirilib. 

Kitabxananın direktoru Əlhəddin Nəzərov öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, çıxışının davamında bildirib ki, Novruz Azərbaycanın qədim köklərə dayanan və təmtəraqla qeyd olunan gözəl bayramlarından biridir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır.

Sonra Kitabxananın əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək, diqqətə çatdırıb ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.” 

Daha sonra Kitabxananın digər əməkdaşları Gülər Piriyeva və Həbibə Hüseynova çərşənbələr haqqında söhbət açaraq Novruz bayramının adətlərindən papaq atmaq, qulaq falına çıxmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, küsülülərin barışması və digər ənənələr barədə ətraflı danışıblar.