Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər müjdəli bahar”

19.03.2022

Martın 19-da Masallı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı ilə bağlı “Zəfər müjdəli bahar” mövzusunda ədəbi-bədii tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işgaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edib. O, Novruz bayramının ürəklərdə ən gözəl, ən nəcib duyğular doğurduğunu bildirərək, bu əziz bayram münasibətilə əməkdaşlara və gənclərə xoş arzularını çatdırıb.

Sonra Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Novruza həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilib. Kompozisiyada Novruz adət-ənənələrini özündə əks etdirən bahar qızı, kosa və keçəlin iştirakı ilə mahnılar oxunub və şeirlər söylənilib.