Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

15.03.2022

Martın 15-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Muzeyin işçiləri fəal iştirak ediblər. 

Novruz bayramı ilə əlaqədar Muzeyin eksponatlarından Heydər Əliyev Mərkəzində etnoqrafik guşə yaradılıb. Tədbirin təşkilatçıları gələn qonaqları guşə ilə tanış edərək, onlara əşyaların tarixi və təyinatı barədə maraqlı məlumatlar veriblər.