Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Novruzum, yazım mənim” - Hamarqışlaq kənd klubunda bayram şənliyi

14.03.2022

Martın 14-də Cəlilabad rayon Hamarqışlaq kənd klubunda "Novruzum, yazım mənim" adlı bayram şənliyi keçirilib. Tədbirə adıçəkilən kəndin orta məktəbinin şagirdləri, kənd kitabxana filialının işçiləri və musiqiçilər dəvət olunub.
 
Kənd kitabxana filialının əməkdaşı Aidə Cəbrayılova çıxış edərək bildirib: "Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyi və mehribanlığı möhkəmləndirərək, mərhəmət və qarşılıqlı hörmət hissi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır".
 
Şənlik məktəb şagirdlərinin maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib.