Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərə gedən yol” - Şabanlı kənd Mədəniyyət Evində tədbir

15.03.2022

Martın 15-də Şabanlı kənd Mədəniyyət Evində "Zəfərə gedən yol" adlı tədbir keçrilib. Tədbir Mədəniyyət kollektivi və adıçəkilən kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə baş tutub.

Tədbirdə Şabanlı kənd Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Pərviz Məmmədov təbrik nitqi ilə çıxış edib. O, sonra sözü dərnək üzvü Firuzə Mirzəyevaya verib.   

Firuzə Mirzəyeva qürurla ordumuzun uğurlarından danışıb. O, deyib: "Şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində otuz ilədək işğal altında qalan doğma Qarabağımızı azad etdi. Biz qələbə qazandıq, düşməni torpaqlarımızdan qovduq. Tariximizin heç bir dönəmində rast gəlinməyən möhtəşəm ümumxalq həmrəyliyini gördük və bundan hədsiz qürur duyduq. Təkcə ölkə daxilində deyil, dünyada yaşayan bütün Azərbaycanlıların ürəyi doğma Azərbaycanla birgə döyündü. Bu birlik və həmrəylik möhtəşəm qələbə ilə nəticələndi".
 
Tədbir digər iştirakçıların çıxışları və məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam etdirilib.