Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Elimizə bahar gəlir” - Göytəpə şəhər kitabxana filialında bayram şənliyi

15.03.2022

Martın 15-də Cəlilabad rayon Göytəpə şəhər kitabxana filialında ilaxır çərşənbə və Novruz bayramı ilə əlaqədar fəal oxucuların iştirakı ilə şənlik keçirilib.

Tədbiri giriş sözü ilə kitabxananın müdiri Aygül Cəfərova açaraq bayram adət-ənənələrindən danışıb. Sonra iştirakçılar arasında bayram ənənələri ilə bağlı sorğu aparılıb. Oxucular isə öz fikirlərini səsləndirərək adətlərin mənşəyi və rəmzi mənaları ilə bağlı maraqlı izahlar veriblər.

Sonra kosa və keçəl bayram ovqatlı bədii kompozisiyalar və yumoristik səhnəciklər nümayiş etdirərək iştirakçıların sevincinə səbəb olublar.